waplog

“Microsoft”un səhmdarları Bill Qeytsin istefasını tələb ediblər


“Microsoft” korporasiyasının 20 ən böyük səhmdarından 3-ü Bill Qeytsin istefasını tələb edib. İnvestorlar hesab edirlər ki, İdarə heyətinin sədri “Microsoft”un inkişafı üçün yanlış strategiya seçib. Onlar, həmçinin “Windows” istehsalçısının maliyyə göstəricilərindən narazıdır.

“ICTnews” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki,  “Röyters” agentliyinin mənbələri bildirib ki, Direktorlar şurası çətin ki, onların fikrinə qulaq assın.

Xatırladaq ki, 2000-ci ildə “Microsoft”un direktoru Bill Qeyts səlahiyyətlərini Stiv Balmerə verib və 2008-ci ildə öz xeyriyyəçilik fondunun işlərində daha yaxından iştirak etmək üçün şirkətin idarəetməsindən gedib. Bu ilin avqustunda “ValueAct Capital Management” fondunun təzyiqi altında Balmer 1 il ərzində istefaya gedəcəyini deyib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL