Hakerlər “Adobe Systems” korporasiyasının 2,9 milyon müştərisinin məlumatını ələ keçirib
Amerikanın “Adobe” korporasiyası dünən hakerlər tərəfindən 2,9 milyon istifadəçisinin məlumatının ələ keçirilməsi haqqında məlumat verib.
“ICTnews” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, qrafik dizayn üçün proqram təminatı istehsalçısının nümayəndələri qeyd ediblər ki, loqin və parollar, həmçinin kredit və debet kartlarının məlumatları ələ keçirilmiş informasiya sırasına aiddir. Bundan başqa, müdaxilə nəticəsində hakerlər şirkətin bir neçə məhsulunun qaynaq kodunu ələ keçirməyə müvəffəq olub.
"Biz baş vermiş bu hadisəyə görə məyusuq, nəticələrin aradan qaldırılması üçün hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edirik" – şirkətdən qeyd ediblər.
Hücumla əlaqədar korporasiya zərərə məruz qalmış hesablar üçün yeni parollar yaradıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL