waplog

“Samsung” üçüncü rübdə rekord həcmdə gəlir əldə edəcək


Cənubi Koreyanın "Samsung Electronics" korporasiyasının bəyanatına əsasən, 2013-cü ilin üçüncü rübündə onun əməliyyat gəliri 10,1 trilyon vona (9,4 milyard dollar) çata bilər ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25% çoxdur.

"ICTnews" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, bu artım kompüter çipləri üzrə qiymətlərin artması ilə izah edilir. "Samsung" şirkətinin gəlirinin 60%-i mobil qurğuların satışlarından  əldə olunur. Üçüncü rübdə korporasiyanın 86-88 milyon smartfon satacağı gözlənilir. Xatırladaq ki, ikinci rübdə bu göstərici 76 milyon olub.

Emil Hüseynov
 
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL