“China Mobile” operatoru 3,2 milyard dollarlıq “LTE” avadanlığı alacaq
Çinin “China Mobile” mobil rabitə operatoru bir sıra “LTE” şəbəkə avadanlığı tədarükçüləri ilə ümumi məbləği 3,2 milyard dollar təşkil edən saziş imzalayıb. Bu barədə operatorun məlumatında deyilir.
Sazişlər operator tərəfindən “LTE” şəbəkəsinin qurulmasının birinci mərhələsi çərçivəsində həyata keçirilir. Sənədə əsasən, “Alcatel-Lucent” Fransa-ABŞ istehsalçısı cari ilin sonunadək 207 min baza stansiyası tədarük edəcək ki, bu da alışların ümumi sayının 11 faizi deməkdir. Bundan başqa, operator “Ericsson” və “NSN” şirkətləri ilə də saziş imzalayıb, lakin sənədlərin şərtləri haqqında hələlik məlumat verilmir.
Operator beynəlxalq şirkətlərlə yanaşı, Çinin “Datang Mobile”, “FiberHome Technologies”, “Potevio” və “New Postcom Equipment Company” istehsalçılarından da avadanlıq alır.
Qeyd edək ki, “IHS” analitik şirkətinin məlumatına görə, 2013-cü ildə dünyada “LTE” şəbəkəsi infrastrukturunun bazar həcmi 24 milyard dollara yaxın olacaq ki, bu da 2012-ci ilin illik göstəricisindən təxminən 3 dəfə çoxdur, - “Digit www.digit.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL