waplog

“Bakcell” rouminq kampaniyasını genişləndirib


Azərbaycanın ilk mobil rabitə operatoru “Bakcell” şirkəti  iyun ayında start verdiyi xüsusi endirimli rouminq kampaniyasını davam etdirir.

Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, kampaniyanın vaxtının uzadılması ilə yanaşı, iştirakçı ölkələrin sayı beşə çatdırılıb.

Artıq Türkiyə, Gürcüstan və Rusiya ilə yanaşı,  Qazaxıstan və Ukraynaya səfər edən “Bakcell” abunəçiləri də sərfəli danışıq qiymətlərindən yararlana biləcəklər.   

Qeyd olunan 5 ölkədə “CİN” və “Yeni Klass” abunəçiləri daxil olan zənglərin dəqiqəsinə sadəcə 0.35 manat ödəyirlər. Kampaniya çərçivəsində çıxış zənginin bir dəqiqəsi isə 0.75 manatdır. 

Kampaniyanın gündəlik xidmət haqqı 0.35 manat təşkil edir. Kampaniyaya qoşulmaq üçün *130#YES nömrəsini, iştirakınızı dayandırmaq üçün isə *130#0#YES yığın. Abunəçi Azərbaycana qayıdan zaman xidmət avtomatik olaraq dayandırılır.

Səfərdə olarkən ən sərfəli rouminq tariflərindən yararlanmaq üçün abunəçilər Türkiyədə – “Vodafone” və “Avea”, Gürcüstanda – “Magticom” və “Mobitel”, Rusiyada və Qazaxıstanda – “Beeline”, Ukraynada – “Kyivstar” şəbəkələrinə qoşulmalıdırlar.

Aynur Vəliyeva 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL