waplog

“Huawei” Malayziyada nəhəng data mərkəzi tikəcək



Mobil rabitə şirkətləri üçün avadanlıqların istehsalı ilə məşğul olan Çinin “Huawei Technologies” telekommunikasiya həllər istehsalçısı Malayziyanın cənub hissəsində nəhəng data və logistika mərkəzinin yaradılması ilə bağlı planlarını açıqlayıb. Şirkətin bu planlarına dair tərəfdaş qismində Malayziyanın "Khazanah Nasional” dövlət investoru çıxış edir.

“Huawei”in mətbuat xidmətindən verilən məlumata görə, yeni data mərkəzi ilk növbədə şirkətin Çindəki regional müştərilərinin tələbatını ödəmək üçün nəzərdə tutulacaq. Mərkəz Sinqapur yaxınlığında Malayziyanın İsgəndər regionunda yerləşməklə 8 400 kvadratmetr ərazini əhatə edəcək və orada 600 nəfərə yaxın sistem mühəndisi, inzibati əməkdaş və digər şəxsi heyət çalışacaq.  

Data mərkəzinin yaradılmasına dair saziş Çin lideri Si Dzinpinin bu həftə Malayziyaya rəsmi səfəri zamanı imzalanıb, - “Cybersecurity www.cybersecurity.ru” yazır.  

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL