“Apple” şirkəti xidmətlərini genişləndirir
“AppleInsider” və “TechCrunch” internet nəşrləri öz mənbələrinə istinadən bildirib ki, “Apple” şirkəti fərdi assistent xidməti rolunda çıxış edən “Cue” xidmətini satın alıb. Ekspertlərin qiymətləndirməsinə görə, sazişin dəyəri 35-dən 60 milyon dollara qədər təşkil edir. Həmçinin şirkətdəki mənbələrin məlumatına görə, “Apple” şirkəti artıq sazişi bağlayıb.
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Cue” xidməti fəaliyyətinin ilk vaxtlarında “Greplin” adlanıb, o, bir sıra populyar platformalardan, məsələn, “Gmail”, “Facebook”, “Twitter”dən məlumatları əldə etməyə icazə verir. O, məlumatları sərbəst təşkil edir və məlumatları münasib növdə təqdim edir.
Amerika şirkətindən bildirilib ki, “Cue” xidməti fəaliyyətini tamamilə dayandıracaq və istifadəçilərin məlumatları onlara geri qaytarılmayacaq. “Cue Premium”a malik müştərilərə isə vəsaitin qalığı qaytarılacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL