Azərbaycan Dövlət Sosial Müdafiə Fondu İKT əsasında qurulmuş idarəetmə sistemi vasitəsilə 2 milyon 620 min nəfərin fərdi hesabları açılıb
Azərbaycan Dövlət Sosial Müdafiə Fondu İKT əsasında qurulmuş yeni idarəetmə sisteminin yaradılması çərçivəsində sosial sığorta haqlarının fərdiləşdirilmiş uçot prinsipləri əsasında yığımına nail olub.
Fondun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, bu günədək 2 milyon 620 min nəfərin fərdi hesabları açılıb və sosial sığorta şəhadətnamələri paylanıb.
Bununla yanaşı, sığortalanmış şəxslər üzrə elektron formada məlumatların qəbulu başlanılıb, individual hesablara məlumatların daxil edilməsi təmin edilib.
Fondun internet resursunda sığortalanmış şəxslərin hesablarında toplanmış ödənişlər məbləği haqda məlumatlandırılması xidməti yerləşdirilib. Bu xidmət vasitəsilə hər bir sığortalanmış şəxs pensiya kapitalı haqda məlumat ala bilər.
Eyni zamanda, sahibkarlıq sahəsində çalışan fiziki şəxslər tərəfindən real vaxt rejimində məcburi dövlət sosial sığorta haqları ödənişləri sahəsi genişlənib. Hazırda bu DSMF-nin 75 yerli orqanı üzrə sistemə 602 572 sığortaçı haqda məlumatlar daxil edilib.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL