Daşkəsəndə yağan qar rabitədə problemlər yaradıb
Daşkəsən rayonuna 30 santimetr hündürlüyündə qar yağması bir çox sahələrlə yanaşı, rabitə sahəsində də problemlər yaradıb. Qar yağması nəticəsində rayonun Qabaqtəpə, Təzəkənd, Astaf, Çıraqlı, Güneykənd, Pirverdilər, Xoşbulaq, Zağalı, Zaraqallar və digər dağətəyi kəndlərinin şəhər mərkəzinə aparan yolları yararsız vəziyyətə düşüb.
Daşkəsən TKQ-nin rəisi Aslan Rüstəmovun “ICTnews” elektron xəbər xidmətinə verdiyi məlumata görə, tufanla müşahidə olunan yağıntı nəticəsində rayonun Mollahəsənli, Əhmədli və Dəstəfur kəndlərinin rabitəsində problemlər yaranıb. ”Hal-hazırda Mollahəsənli kəndində 4, Əhmədli kəndində isə 6 ədəd aşmış rabitə dirəyi bərpa olunaraq mərkəzlə bağlantı yaradılıb.
Kəndlərdə elektrik enerjisi olmadığından rabitə akkummulyator batareyaları ilə təmin olunur. Dəstəfur və Qabaqtəpə kəndlərində də elektrik enerjisi yoxdur”
Aparılmış operativ tədbirlər nəticəsində problemin 70-80 faizi aradan qaldırılaraq abunəçilərin telefonları bərpa olunub. Onun sözlərinə görə bütün işlər Daşkəsən TKQ-nin daxili imkanları hesabına həyata keçirilir.
Təbii fəlakət poçt rabitəsi sahəsinə də ziyan vurub. Kəndlərdə poçtun mübadiləsində yaranmış problem aradan qaldırılıb.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL