waplog

Elman Rüstəmov: “Elektron ipoteka” sistemi yaradılıb”


Cari ilin 9 ayı ərzində ölkədə ödəniş sistemlərinin sabitliyi və təkmilləşdirilməsi Mərkəzi Bankın mühüm fəaliyyət istiqamətlərindən biri olub. Bu dövrdə Milli Ödəniş Sistemi vasitəsilə ödənişlərin həcmi 90 milyard manata çataraq ümumi daxili məhsulu 2,3 dəfə üstələyib. Kart infrastrukturunun inkişafı davam etdirilib, ödəniş kartlarının sayı 5,3 milyon ədədə, bankomatların sayı 2,4 minə, POS-terminalların sayı isə 36 minə çatdırılıb.
 
Bu barədə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov oktyabrın 6-da prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında məlumat verib. MB rəsmisi bildirib ki, cari ilin 9 ayında Azərbaycan İpoteka Fondu vasitəsilə kredit təşkilatları tərəfindən 2000-dən çox şəxsə ümumilikdə 80 milyon manat məbləğində ipoteka krediti ayrılıb:
 
 “Fondun kredit portfeli 500 milyon manata, ipoteka krediti alanların sayı isə 13 min nəfərə çatıb. Dövr ərzində güzəştli ipotekaya çıxış imkanları genişləndirilib, “Elektron ipoteka” sistemi yaradılıb. Maliyyə sektorunun regional əhatə dairəsinin genişlənməsi davam edib, 33 yeni bank filialı və 5 yeni bank şöbəsi açılıb”.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL