waplog

Yeni elektrik avtomobili 2,15 saniyə ərzində saatda 100 km sürət yığır


Hollandiyanın Delftski Texniki universitetinin mühəndis-konstruktorları bu yaxınlarda elektrik avtomobilləri üçün sürət yığımı üzrə yeni mütləq rekord təyin etməyə müvəffəq olublar. Onların yaratdığı "DUT12" elektrik avtomobili 2.15 saniyə ərzində saatda 100 km sürət yığır: hətta benzinlə işləyən maşınların əksəriyyəti bu imkana malik deyil.

"ICTnews" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, maraqlıdır ki, yeni rekordun təyin edilməsi üçün "DUT12" elektrik avtomobilində çox güclü motordan istifadə edilməyib: onun elektrik mühərriki 135 at gücünə malikdir. Lakin "DUT12" elektrik avtomobilinin konstruksiyasında hər təkər ayrıca mühərriklə əlaqəlidir ki, bu da onun surət yığma xüsusiyyətlərini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Bundan başqa, mütəxəssislər elektrik avtomobilinin konstruksiyasını çox sadələşdiriblər və onu son dərəcə yığcam ediblər.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL