waplog

“Samsung” mobil qurğular üçün kamera modulunu təkmilləşdirib


“Samsung” şirkəti mobil qurğularda tətbiq üçün nəzərdə tutulmuş yeni kamera modulu hazırlayıb.
“ICTnews” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, sözügedən modul 13 meqapiksellik datçik və təsvirin sabitləşməsi üzrə optik sistemlə təchiz edilib.

O, 1,5 dərəcəyə qədər bucaq səhvlərini düzəltmək imkanı yaradır. Qeyd edilir ki, bazarda mövcud olan həllər 0,7 dərəcəyə qədər bucaq səhvlərini düzəltmək iqtidarındadır. İstehsalçılar əmin edir ki, qurğu zəif işıqlanma dərəcəsi şəraitində çəkiliş keyfiyyətini yaxşılaşdırmağa icazə verir. Bu halda cihaz aşağı enerji sərfiyyatına malikdir.

Bu modelin ölçüləri müasir modulların ölçülərinə uyğundur və 10,5x10,5x5,9 millimetr təşkil edir.
2014-cü ilin birinci yarısında yeniliyin kütləvi istehsalına başlanılacaq.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL