“Azərpoçt”un rebrendinqini həyata keçirəcək şirkət bəlli olub
Azərbaycanın milli poçt operatoru “Azərpoçt”un rebrendinqini Hollandiyanın “Guidion” şirkəti həyata keçirəcək. Dünya Bankının keçirdiyi müvafiq tenderin qalibi məhz bu şirkət olub.
“Azərpoçt”dan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, hazırda tenderin qalibi ilə danışıqlar aparılır.
Oktyabr ayının sonuna kimi tenderin qalibi ilə müqavilənin imzalanması nəzərdə tutulub. Tender şərtlərinə əsasən, şirkət “Azərpoçt”un marketinq strategiyasını tərtib edəcək. Marketinq strategiyası pilot layihə çərçivəsində Şirvanda tətbiq ediləcək.
Bu tender “SECO”-nun Azərbaycan hökumətinə ayırdığı qrant hesabına “Maliyyə xidmətlərinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində keçirilib. Layihə Dünya Bankı tərəfindən idarə edilir.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL