waplog

“Elektron hökumət” portalında təqdim olunan xidmətlərin sayı 256-ya çatıb


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən hazırlanan “Elektron hökumət” bülleteninin növbəti nömrəsi artıq hazırdır. Bülleten yaxın vaxtlarda geniş auditoriyaya təqdim ediləcək. Bülletendə yer alan statistik məlumatlara gəlincə, portala daxilolmaların statistik uçotunun aparıldığı tarixdən, yəni 2012-ci ilin dekabrından 2013-cü ilin oktyabr ayının 1-nə qədər “www.e-gov.az”-a ümumilikdə 359 187 daxilolma qeydə alınıb.
 
Portala müraciət edənlərin ümumi sayı 212 281, istifadə olunmuş elektron xidmətlərin sayı isə 501 253 ədəd olub. Bu dövr ərzində istifadəçilərin portala sərf etdikləri vaxt orta hesabla 4 dəqiqə 42 saniyə təşkil edib. Qeyd olunan dövr ərzində portala müraciət edənlərin 59.3%-ni yeni istifadəçilər, 40.7%-ni isə təkrar müraciət edənlər təşkil edib.

Rəqəmlər portala daxilolma səviyyəsinin, eyni zamanda elektron xidmətlərdən istifadə vəziyyətinin getdikcə yüksəlməsini təsdiqləyir. Şəkildə dövr ərzində portala daxil olanların və daxilolmaların dinamik artım qrafiki təqdim edilir. Sentyabr ayında portala 34 124 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 21 923 nəfər olub. Həmin şəxslər 139 064 müxtəlif səhifələrə keçid ediblər, 78 919 xidmətə müraciət edib və portala sərf etdikləri vaxt orta hesabla 5 dəqiqə 08 saniyə təşkil edib.

Sentyabr ayı ərzində portala müraciət edənlərin 51.1%-ni yeni istifadəçilər, 48.9%-ni isə təkrar müraciət edənlər təşkil edib. Bu rəqəmlər də kifayət qədər yaxşı hesab olunur və bütün istiqamətlərdə dinamik artım müşahidə olunmaqdadır. Portala daxil olmaq üçün sadələşdirilmiş kod-parol alan istifadəçilərin sayı bu gün 20 466-ə çatıb. “Elektron imza” vəsiqəsinə sahib olan istifadəçilərin sayı 16 000-i keçib. Portalda təqdim olunan xidmətlərin sayı 256-ya çatıb. Portalın “Facebook” sosial şəbəkəsində istifadəçilərinin sayı isə 80 200 nəfər təşkil edir.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL