Texnologiyanın insan beyninə səyahəti
Oktyabr ayının 7-də əksəriyyəti Avropa ölkələrindən olan 135 tərəfdaşın iştirakı ilə həyata keçən və 10 il davam edəcək olan beynəlxalq "İnsan Beyni Layihəsi"nə start verilib. Xərclərinin 1.5 milyard dollara çatacağı gözlənilən araşdırma qismən Avropa İttifaqı tərəfindən maliyyələşdirilir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) dəstəyi ilə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən icra edilən "VikiHərəkat" çərçivəsində "http://viki.agta.az/" saytı qeyd edir ki, ingilis dilində "The Human Brain Project" və ya qısa şəkildə HBP olan layihənin məqsədi insan beyninin işləməsini kompüterə köçürəcək yeni texnologiyaları inkişaf etdirməkdir. Bundan əlavə, hər il aparılan on minlərlə beyin araşdırmalarını bir yerə toplayaraq verilənlər bazasının yaradılması hədəf edilib. 100 milyard sinir hüceyrəsi məsələsinə də toxunan mənbənin bildirdiyinə görə, hazırkı kompüter texnologiyası insan beyninin işini təkrar edəcək səviyyədə deyil:
"Ancaq qarşıdakı 10 il ərzində super kompüterlərin insan beyni kimi sürətli və qarışıq işləyə biləcəyi güman edilir.
"İnsan Beyni Layihəsi" insan beyninin tam xəritəsini çəkməyə vəd vermir. Bu müddət insanlar üçün artıq dərəcədə qarışıqdır. İnsan beynində 100 milyard sinir hüceyrəsi və 100 trilyon sinaptik əlaqə var. Layihə çərçivəsində beyinin sərhədli simulyasiyaları yaradılacaq. Misal üçün, Mançester Universiteti tədqiqatçıları beynin 1/100-ni təqlid edə biləcək modelin üstündə işləyir. Bu araşdırmaların başında duran Stiv Furber kompüter texnologiyalarının qabaqcıllarındandır".
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL