“Panasonic” şirkəti plazma panellərinin istehsalını dayandıracaq
Yaponiyanın “Panasonic Corporation” korporasiyası 2013-cü maliyyə ilinin sonunadək (2014-cü il, mart) televizor və digər qurğular üçün plazma panellərinin istehsalından tam imtina edəcək. Bununla, şirkət faktiki olaraq elektron məhsullar bazarında uğursuzluğa düçar olduğunu etiraf etmiş olub. Bu barədə çərşənbə günü “Panasonic”in rəhbərliyi açıqlama verib.
1990-cı ilin sonunda korporasiya bazarda böyük marağa səbəb olan plazma panellərinin buraxılışına başlayıb. Panellər yüksəkkeyfiyyətli televizor təsvirini təmin edərək ekranların misli görünməmiş böyük ölçüdə istehsalına imkan yaradıb. Lakin Yaponiya korporasiyasının plazma panelləri daha ucuz maye-kristal istehsalçıları təsvir keyfiyyətini itirmədən ekranların ölçüsünü böyütməyi öyrənəndən sonra öz rəqabət qabiliyyətini itirməyə başlayıb ki, bunda da daha böyük uğuru Cənubi Koreya şirkətləri qazanıb.
Plazma panellər bazarına internetin inkişafı, eləcə də televizorun ümumilikdə informasiya əldə etmək üçün qurğu kimi populyarlığının azalması da öz təsirini göstərib. “Panasonic” belə panellərin genişləndirilməsinə səy göstərərək onlardan elektron sinif lövhələri qismində istifadəsinə çalışıb. Bununla belə, plazma ekranların istehsalını digər yapon istehsalçısı “Hitachi” şirkəti də bir müddət əvvəl dayandırıb.
Cari ilin sonunda “Panasonic” ölkədə öz məhsulunun populyarlığının aşağı olması səbəbindən smartfonlar bazarını da tərk etmək qərarına gəlib.
Televizor və smartfonlar bazarında uğursuzluqla yanaşı, “Panasonic” son illər maliyyə çətinlikləri ilə də üzləşir. Bununla əlaqədar korporasiya artıq bu il Tokiodakı 3 ofis binasını satıb, Nyu-Yorkda yerləşən mənzil-qərargahının satışa çıxarılmasını elan edib, eləcə də Nyu-York Fond Birjasını tərk etmək qərarına gəlib.
Onu da qeyd edək ki, 2012-ci maliyyə ilində Yaponiya istehsalçısının maliyyə itkiləri 754,25 milyard yen (7,5 milyard dollar) təşkil edib, - “İTAR-TASS www.itar-tass.com” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL