waplog

Poçt işçilərinə güzəştli kredit verilir



“TuranBank” 9-14 oktyabr tarixləri aralığında peşə bayramları münasibətilə “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları üçün bankın mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edir. Bankdan verilən məlumata görə, göstərilən tarixlərdə “TuranBank”ın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.

Kredit faizlərində endirim “TuranBank”ın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.


Endirim kampaniyası haqda daha ətraflı məlumatı bankın Məlumat Mərkəzinin 935 nömrəli telefonuna zəng etməklə əldə etmək olar.

CAHANGİR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL