waplog

Dünyada bükük ekranla təchiz edilmiş ilk smartfon


“Samsung” şirkəti dünyada bükük ekranla təchiz edilmiş ilk smartfonu rəsmən təqdim edib. Yenilik “Galaxy Round” adlandırılıb.

Cihaz görünüşcə “Galaxy S3” və “S4” smartfonları arasında orta mövqeni tutur. Qurğunun ekranı şaquli ox üzrə bükülür. Qeyd edək ki, smartfonun korpusu çox möhkəmdir. “Samsung” şirkətindən verilən məlumata əsasən, tətbiqlərlə işləyəndə, həmçinin musiqi səsləndiricisinin idarəsi zamanı bükük ekranın üstünlüyünü hiss etmək olar.

“ICTnews” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, “Galaxy Round 3” aparat təminatı baxımından bu yaxınlarda təqdim edilmiş “Galaxy Note” smartfonunu xatırladır. Cihaz 1920x1080 nöqtə təsvir ölçülü 5.7 düymlük “Super AMOLED” ekranı, 2.3 QHs takt tezlikli dördnüvəli prosessorla təchiz edilib.
 
 
Həmçinin 3 QB əməli yaddaş, 32 GB daxili fləş-yaddaş, “Wi-Fi” (802.11a/b/g/n/ac), “Bluetooth” (4.0) və “NFC” modulları, “LTE-A” modemi, 13 meqapiksellik əsas və 2 meqapiksellik ön kamera, “USB 3.0”  konnektoru, həmçinin 2800 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib. “Galaxy Round” smartfonunun ölçüləri 151.1x79.6x7.9 mm, çəkisi 154 qram təşkil edir.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL