Dünyanın bir çox ölkəsindən seçkilər onlayn rejimdə izlənir
Bakı şəhəri üzrə 596 seçki məntəqəsinin hamısının telefon rabitəsi tamamilə işlək vəziyyətdədir və hər hansı bir problem yaranmayıb. Bunu “ICTnews” xəbər xidmətinə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktorunun müavini Xankişi Kişiyev bildirib.
O vurğulayıb ki, bura məcburi köçkünlərin səs verdiyi 122 məntəqə də daxildir.
Seçki məntəqəsinə quraşdırılan kameraların hər birinin işlək vəziyyətdə olduğunu önə çəkən X.Kişiyev deyib ki, artıq maraqlı insanlar internet üzərindən seçki prosesini canlı formada izləyir:
«Hər kəs onlayn rejimdə seçki prosesini izləyə bilər. Həm Azərbaycandan, həm də dünyanın bir çox ölkəsindən seçkilər kameralar vasitəsilə izlənilir».
X.Kişiyevin sözlərinə görə, kamera olan məntəqələrdən əldə edilən görüntülərdən məlum olur ki, məntəqələrdə növbə var: «Yəni insanlar seçkidə aktivdirlər. Bu aktivlik təkcə Bakıda deyil, eyni zamanda bölgələrdə də müşahidə olunur. Onu da qeyd edim ki, görüntülərdə hər hansı donma, itmə qeydə alınmayıb».
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL