waplog

“Ford” toqquşmaların qarşısının alınması elektron sistemini nümayiş etdirib



“Ford” şirkəti Belçikanın Lommel şəhərində keçirilən “Ford Futures” sərgisində avtomobil və piyadalarla toqquşmaların qarşısının alınması üçün sükan idarəetmə və əyləc sistemini müstəqil şəkildə aktivləşdirə bilən intellektual avtomatik sistemli sınaq avtomobilini nümayiş etdirib.

Təhlükəsizlik sistemi avtomobil qarşısında 200 metrədək məsafədə yolun skan edilməsi üçün 3 radardan, ultrasəsli sensor və kameradan istifadə edir. Yolda hərəkətsiz və ya aşağı sürətlə hərəkət edən obyektlər aşkar edilən zaman sistem avtomobilin salonundakı ekrana əvvəlcə vizual xəbərdarlıq, daha sonra səsli siqnal ötürür. Sürücü xəbərdarlığa reaksiya verməsə, sistem müstəqil şəkildə hərəkət sürətini azaldır və sükan elektron idarəetmə sisteminin idarə olunmasını öz üzərinə götürərək yoldakı maneənin yanından keçir.
 
Sınaqlarda sistem 60 km/saatdan çox sürətdə öz etibarlığını nümayiş etdirib. Hələlik sistemdən yalnız sərgidə təqdim olunan “Ford S-MAX” konsept avtomobilində istifadə edilir. Seriyalı modellərdə sistemin təchiz olunma müddəti barədə hələlik məlumat verilmir. Hazırda “Ford” avtomobillərində aktiv təhlükəsizlik texnologiyasından – fövqəladə avtomatik əyləc və kursun davamlılıq monitorinqi sistemindən istifadə edilir, - “Digit www.digit.ru” yazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL