“CES” Avropa Milli Mühəndis Assosiasiyaları Federasiyasına üzv oldu
Gənc Mühəndislər Birliyi olan “CES (Caspian Engineers Society)” Avropanın ən böyük mühəndislər birliyi olan “FEANİ”-yə (Federation of European National Engineering Associations) rəsmi olaraq üzv seçilib.
“FEANİ” İdarə Heyətinin Makedoniyanın Skopye şəhərində keçirilən builki iclasında “CES” həmtəsisçisi Rüfət Əzizov və baş katibi Həsən Abbasov iştirak edərək Azərbaycan, ölkəmizdə sənayenin və mühəndisliyin inkişafı və “CES” haqqında təqdimatlarını ediblər.
Qeyd edək ki, “FEANİ” 32 Avropa ölkəsinin milli mühəndislik assosiasiyalarını birləşdirən professional mühəndislər federasiyasıdır. Belə ki, “FEANI” Avropada 3,5 milyondan artıq professional mühəndislərin maraqlarını təmsil edir. “FEANİ” Avropada mühəndislik peşəsinin səsi olmağa çalışır və mühəndislərin professional kimliyini təsdiq və inkişaf etdirmək istəyir.1951-ci ildə yaranan qurumun əsas məqsədi Avropada mühəndislik ixtisaslarının qarşılıqlı tanınmasını və cəmiyyətdə mühəndisin rolunu, gücünü, əhəmiyyətini artırmaq, habelə, Avropada mühəndislik peşəsinin maraqlarını, mobilliyini və tanınmasını təmin etməkdir.
İngiltərə, Almaniya, Danimarka, Polşa, Kipr, Belçika, Fransa, Yunanıstan, İrlandiya, Macarıstan, İslandiya, İtaliya, Malta, İspaniya, İsveç, Portuqaliya, İsveçrə və s. ölkələr “FEANİ”-nin daimi üzvlərindəndir. “FEANİ”-yə üzv olmaqla “CES” beynəlxalq statuslu akkreditasiya (elm-təhsil) qurumuna çevrilmə imkanı qazanacaq, Avropanın böyük mühəndislər şəbəkəsi ilə birbaşa əlaqəsi olacaq. “CES” “FEANİ”-də səsvermə hüququna malik olacaq və mühəndisliklə bağlı proqramların təkmilləşdirilməsində iştirak edəcək, Azərbaycan mühəndislərinin mobilliyi təmin olunacaq və s.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL