waplog

9 ay üzrə elektron ticarət dövriyyəsinin 91,3 faizini qeyri-ərzaq malları təşkil edib


Dövlət Statistika Komitəsi (DSK) əmtəə bazarı ilə bağlı növbəti məlumatları açıqlayıb. Belə ki, 2013-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət bazarında əhaliyə 13,9 milyard manatlıq və ya keçən ilin doqquz ayı ilə müqayisədə 9,6 faiz çox müxtəlif istehlak malları satılıb.
 
 İstehlak mallarının 51,9 faizini ərzaq, 48,1 faizini qeyri-ərzaq malları təşkil etmiş, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 4,1 faiz bəndi artıb: “Yanvar-sentyabr aylarında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2012-ci ilin eyni dövrünə nisbətən 1,7 dəfə artaraq 1,8 milyon manat təşkil edib.
 
 Əhali onlayn rejimi vasitəsilə sifariş verdikləri istehlak mallarının 84,7 faizini hüquqi, 15,3 faizini fiziki şəxslərin ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 91,3 faizini qeyri-ərzaq malları təşkil edib”.
 
Həqiqət İSABAIAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL