waplog

“BBC” uşaqları proqramlaşdırmaya cəlb edəcək



Böyük Britaniyanın “BBC” televiziya şirkəti müxtəlif texnoloji şirkət, dövlət təşkilatları və məktəblərlə əməkdaşlıqda uşaqları rəqəmli texnologiyalar və proqramlaşdırmaya cəlb edən maarifləndirici layihələri işə salmağa hazırlaşır. Bu layihələr haqqında “BBC” yaxın aylarda daha ətraflı məlumat verəcək.

30 il bundan əvvəl “BBC” Böyük Britaniyada kompüter biliklərinin artırılması üzrə miqyaslı layihə həyata keçirib. Belə ki, “BBC”-nin sifarişi ilə “Acorn” şirkəti məktəblər üçün “BBC Micro” mikrokompüterini hazırlayaraq britaniyalı məktəblilərin texnologiya və proqramlaşdırmaya marağının artmasına kömək edib.  
“BBC” şirkətinin “Future Media” bölməsinin direktoru Ralf Riverin bildirdiyinə görə, əvvəlki illərdə “BBC” elektron texnologiyaların gələcək lider nəslini ruhlandıraraq çox mühüm rol oynayıb. İndi isə onların yaradıcılıq bacarıqlarını oyatmaq vaxtı çatıb.   

2014-cü ildən etibarən İngiltərə və Uelsdə kompüter elmləri sahəsində yeni məktəb proqramı qüvvəyə minəcək. Proqramda əsas diqqət uşaqların hazır kompüter proqramlarından istifadəsinə yox, proqramlaşdırmaya öyrədilməsinə yetirilir, - “Computerworld www.osp.ru” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL