Azərbaycanda tibb sahəsində “start-up” yaradıldı
Adətən pasientlər müalicə xərclərinin yüksək olmasından narazılıq edirlər. Bundan əlavə, doğru həkimi tapmaq, onsuz da baha olan xidmətlər fonunda xərcləri daha da artıraraq onların məyusluğuna səbəb olur. Bəzən adi bir suala cavab almaq üçün xəstəxanaya qədər getməli və üstəlik, konsultasiya üçün həm növbədə durmalı, həm də əlavə vəsait ödəməli olursan.
Bunlarla yanaşı, həkimlərin həmkarları ilə sürətli ünsiyyət qurma və məsləhətləşmə ehtiyacı gün keçdikcə artır. Çox tez-tez həkimlərin konsiliuma ehtiyac olduğu haqqında fikirləri ilə də rastlaşırıq. Sadalanan məsələləri həll etmək üçün Azərbaycanda "start-up" layihəsi fəaliyyətə başlayıb. Həm həkimlər, həm də pasientlərə kömək edəcək "Medx.az" (http://medx.az) layihəsi bir sıra problemləri anındaca həll etməyə imkan yaradır.
Layihənin müəlliflərindən olan Emil Civişov "ICTnews" elektron xəbər xidmətinə bildirib ki, həkimlər "Medx.az" platformasına qeyd olduqda, özləri haqqında məlumatları daxil edərək, peşəkar profil açırlar. Profil ilə yanaşı, virtual məsləhət kabineti, bloq, "Facebook" "Bəyən" və "Şərhlər" qoşmaları da həkimlərin və pasientlərin istifadəsinə təqdim edilir: "Medx.az" saytına daxil olan pasientlər isə həkimlərin profilində yerləşən məlumata əsasən hansı həkimə getmə qərarlarını verə bilərlər. Əlavə olaraq, həkimə sual verib, cavaba əsasən həkim haqqında təəssürat əldə edə bilərlər. Həkimi tanıyan pasientlərin isə həkim haqqında şərh yazmaq və "bəyənmək" imkanları var".
Hazırda gizli ("stealth") modda fəaliyyət göstərməsinə baxmayaraq 300-dən çox həkimin qeydiyyatdan keçdiyini vurğulayan E.Civişov bildirib ki, artıq pasientlərlə həkimlər arasında onlayn ünsiyyət qurulub suallar cavablandırılır və hətta loğmanlar barəsində, onların qabiliyyəti, savadı ilə əlaqədar şərhlər də yazılıb: "start-up layihəmizin üzərində işlər aparırıq.
Bu yaxınlarda yeni versiya, həkimlərin bir-birlərinə qısa ismarış göndərmə funksiyası və ciddi dizayn dəyişiklikləri də təqdim ediləcək. Təbii ki, layihə burda bitmir və təqdim ediləcək yeni funksiyalar həm pasientlərin, həm də həkimlərin işlərini asanlaşdırmaq və keyfiyyətin artması məqsədi daşıyacaq.
Əlavə olaraq vurğulamalıyıq ki, həkim və pasientlər üçün təqdim etdiyimiz xidmətlər ödənişsizdir".
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL