waplog

Əksər smartfonlar zərərli proqram təminatından mühafizə olunmur


Mobil əməliyyat sistemləri üçün virusların sayının daima yüksəlməsinə və haker hücumlarının artmasına baxmayaraq hazırda smartfonların əksəriyyəti kənar müdaxilədən mühafizə olunmur.  “Juniper” tədqiqat şirkətinin nümayəndələri vəziyyəti təhlil etdikdən sonra bu qənaətə gəlib.    

Şirkətin hesabatına əsasən, mobil qurğuların təxminən 80 faizi – smartfon və planşetlər birlikdə hələ də zərərli proqram təminatından və kompüter müdaxilələrindən mühafizə olunmur.

Göstərilən 80 faizə korporativ seqment daxil olmaqla bütün planşet və smartfonlar daxildir. Analitiklərin fikrincə, bunun bir neçə səbəbi var, lakin əsas səbəb istifadəçilərin hələ də mobil qurğuların işi üçün yazılan virus və digər zərərli proqramların hansı təhlükə törətməsini dərk etməmələrindədir.

Smartfon və planşet sahibləri fərdi kompüterlərlə sadəcə paralellər aparmırlar. Bundan başqa, istifadəçilərin bu məsələdə göstərdikləri süstlük də böyük rol oynayır. Belə ki, “iOS” və “Android” əməliyyat sistemlərinin yenicə işıq üzü gördükləri vaxtda onlar antivirus və proqram təminatı olmadan işlərini apara bilirdilərsə, hazırda heç nə dəyişmədiyindən yenə də bunu edə bilərlər.

Antivirus əlavələrin və fərdi məlumatların mühafizəsinin əhəmiyyətini başa düşənlər əksər hallarda hesab edirlər ki, smartfon və planşetlər üçün belə proqram təminatının dəyəri çox bahadır və buna görə onlar yeni videooyuna bir neçə dollar xərcləməyə üstünlük verirlər, - “3DNews www.3dnews.ru” yazır.   

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL