“iPad 6” gələn ilin yayında buraxılacaq
“KGI Securities” analitik şirkəti ehtimal edir ki, “iPad 4” və “iPad 5”-in buraxılışı arasında bir ildən çox müddət keçibsə, “iPad 5” ilə “iPad 6” arasında daha az müddət vaxt keçəcək.
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, “iPad 5”-in buraxılışı oktyabrın 22-də gözlənilir, lakin satışların noyabr ayında başlanacağı ehtimal edilir. Bu arada “KGI” əmindir ki, “iPad 6” artıq 2014-cü ilin ənənəvi olaraq payızında deyil, yayda buraxılacaq.
Analitiklərin fikrincə, “iPad 6”-nın, hazırkı “iPad 4 Retina”dan fərqli olaraq, yenilənmiş, 30-40% daha yüksək piksel sıxlığına malik olan sensor ekranı olacaq.
“Apple” şirkətinin yaxın gələcəkdə planşetin ekranının diaqonalını 9,7-düym səviyyəsində saxlayacağı gözlənilir, artırılmış 12,9 düymlük versiyasından isə, istehsalın bahalığı, qeyri-müəyyən bazar istiqaməti və “nəhəng” planşet bazarının formalaşmaması üzündən imtina edəcək.
“KGI” həmçinin əmindir ki, “Apple” növbəti ildə “iMac” desktopunun büdcəli modelini buraxacaq. Analitiklər hesab edirlər ki, büdcəli “iMac” inkişaf edən ölkələrin, o cümlədən Çin, Hindistan və Yaxın Şərq bazarında “Mac” həllərinin satışını artıracaq bir model olacaq.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL