“Microsoft” korporasiyası “MSN Australia” layihəsini tərk edir
“Microsoft” korporasiyası “MSN Australia” portalının inkişafı və dəstəklənməsi ilə məşğul olan “Mi9” şirkətindəki payını satıb. Əvvəllər “Ninemsn” adı ilə tanınan və 1997-ci ildə Ceyms Paker tərəfindən təsis olunan “Mi9” şirkəti də Avstraliyanın pulsuz efir kanalını dəstəkləyir.
Avstraliyanın internet bazarında “MSN Australia” portalının xüsusi yeri var, çünki şirkət yerli televiziya kanalının və Ceyms Paker idarə etdiyi “PBL Media” nəşrinin geniş baza kontentində hüquqa malikdir. İnternet-statistikanın məlumatına görə, “MSN Australia” portalı hazırda populyarlığına görə Avstraliyanın yerli bazarında “Google” və “Facebook”dan sonra 3-cü yeri tutur.
“Microsoft” və “Ninemsn” nümayəndələri bildiriblər ki, sövdələşmə heç bir şirkətin balansına əhəmiyyətli təsir göstərmir, çünki tərəflər arasında gələcək strateji əməkdaşlığa dair prinsipial razılıq artıq əldə olunub. Belə ki, “Microsoft” “MSN Australia” portalında reklam yerləşdirmək hüququnu özündə saxlayıb, lakin gəlirin bölünməsi sxemini tərəflər açıqlamır. Bundan başqa, “Microsoft” “MSN Australia” üçün texnologiya, proqram təminatı və texnoloji baza təqdim edəcək, eləcə də portalın gələcək texnoloji inkişafı və orada yeni texnologiyaların tətbiqi ilə məşğul olacaq.
Analitiklər güman edirlər ki, yaxın vaxtlarda “Microsoft” diqqətini “Azure Office 365”, “SkyDrive” kimi onlayn texnologiyalara yönəltmək üçün onlayn media seqmentində iştirakını məqsədyönlü şəkildə azaldacaq. Ekspertlər gələcəkdə korporasiyanın bütün ölkələrdə “MSN” portallarından tam uzaqlaşacağını istisna etmirlər. Bir müddət əvvəl “Microsoft” 16 ildir iştirak etdiyi “MSNBC” ABŞ layihəsini tərk edərək idarəetməni “NBC News” media şirkətinə verib, - “Cybersecurity www.cybersecurity.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL