waplog

Azərbaycanda sığorta şəhadətnamələrinin onlayn satışı reallaşdırıldı


Azərbaycanda sığorta şəhadətnamələrinin satışı da elektronlaşdırılıb. Belə ki, müştəri xidmətlərinin keyfiyyətini artırmaq və müştərilərin rahatlığı, həmçinin müasir sığorta xidmətləri bazarının tələblərinə cavab vermək məqsədilə "Atəşgah" sığorta şirkəti daha müasir, aydın interfeys və sadə naviqasiya, həmçinin sığorta şəhadətnamələrinin onlayn satışı kimi rahat xidmət təqdim edən yeni korporativ saytını istifadəyə verib.
 
Bu barədə "ICTnews" xəbər xidmətinə adıçəkilən şirkətin mətbuat xidmətinin rəhbəri Səbinə Babayeva məlumat verib. O bildirib ki, sığorta şəhadətnaməsini almaq və ödənişsiz olaraq evə və yaxud digər ünvana çatdırmaq üçün sayta daxil olub (www.ateshgah.com) sifariş formasını doldurmaq kifayətdir. S.Babayevanın sözlərinə görə, ödənişin təsdiqi haqqında məlumat çap edilə, həmçinin elektron ünvana göndərilə bilər:
 
«Bundan əlavə, şirkət Azərbaycanda internet istifadəçilərinin çoxluğunu və onların sayının günü-gündən artdığını nəzərə alaraq bir sıra əlavə onlayn xidmətlər də göstərir. Bura peşəkar məsləhətçilərdən pulsuz konsultasiya (sığorta hadisələrinin tənzimlənməsi də daxil olmaqla), müştərinin evinə və ya göstərilən ünvana agentin çağırılması, pulsuz sifariş zəngi (şirkət mütəxəssisləri müştəri üçün rahat olan vaxtda onunla telefon əlaqəsi qurması), göstərilən ünvana pulsuz çatdırılma (müştəri vaxtını itirib ofisə gəlmir), korporativ müştərilərə bütün növ sığorta xidmətlərinin onlayn rejimdə təqdim edilməsi, boş iş yerləri qeyd olunmaqla daima yenilənən "Vakansiyalar" bölməsi, ofislərin dəqiq yerləşməsi və gediş planı və sairə daxildir».
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL