waplog

Məlumatları milyon il saxlaya bilən sərt disk yaradılıb


Hazırda məlumatların saxlanılması üçün həllər sahəsində əsas mühəndislik fikri özündə daha çox informasiya saxlayan məlumatların saxlanılması qurğularına cəmlənib. Bəs məlumatların uzunmüddətli saxlanılması necə? Adi sərt disk yazılmış məlumatları neçə müddət saxlaya bilər? 15 və ya 20 il mümkündür, daha çox müddət çətin ki. Bəs əgər tarixi arxivləri 100 il müddətinə yazmaq lazımdırsa? Bəlkə 1000 və ya hətta 1 milyon il müddətinə?

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, Almaniya və hollandiyalı mühəndislər qrupunun təklif etdiyi qərara əsasən, yeni sistem bir dəfə yazmaq imkanına malikdir, lakin bu yazı milyon il saxlanılacaq. Əgər mükəmməl saxlama şəraiti yaradılsa, bu göstərici milyard il də ola bilər. Yeni metodika müəlliflərinin sözlərinə görə, lent və ya sərt diskə müasir maqnit yazılışı texnologiyaları kifayət qədər etibarlıdır və uzun müddət məlumatları saxlamağa icazə verir. Bu müddətin ömrü maqnitləşdirmənin gücü və havanın temperaturundan asılıdır. Birinci çox, ikinci az olarsa, yazı daha uzunmüddətli olacaq.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL