waplog

Smartfon bazarında geriləmə gözlənilir


Analitiklər ilin əvvəlindən xəbərdarlıq edirlər ki, smartfon bazarı tədricən doyma nöqtəsinə yaxınlaşır.

"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki,  "Strategy Analytics" tədqiqat şirkətinin məlumatına görə, 2012-ci ildə bu ölkənin mobil telefon sahiblərinin 67,6%-nin smartfonu var və bu, dünya üzrə ən yüksək göstəricidir. Müqayisə üçün, qlobal miqyasda smartfonların tətbiq səviyyəsi 14,8% olub. 2013-cü ildə Cənubi Koreyada smartfonların nüfuzetmə səviyyəsinin 79,5%, 2017-ci ildə isə təxminən 90%-ə çatacağı gözlənilir.

Bunu nəzərə alaraq hesab edilir ki, artıq bu il Cənubi Koreya bazarında dinamika mənfi olacaq: "Strategy Analytics"in qiymətləndirməsinə əsasən, 2013-cü ilin yekununa görə, bu ölkəyə smartfon tədarüklərinin həcmi 14% azalaraq 26,3 milyon olacaq. Bir il əvvəl smartfonların tədarük həcmi 30,7 milyon olub.

Lakin "Samsung" və "LG" şirkətlərinin vətəni heç də ən böyük smartfon bazarı deyil, buna görə də onun mənfi dinamikası dünya göstəricilərinə təsir etməyəcək. Bu göstərici  baxımından Çin və ABŞ lider olaraq qalır, harada əvvəlki kimi artma gözlənilir. 2013-cü ildə Çinə smartfon tədarüklərinin həcmi 315 milyona çatacaq və ABŞ-da bu göstərici 143 milyon olacaq. 2012-ci ildə sözügedən dövlətlərə smartfonların tədarük həcmi müvafiq olaraq 173 və 143 milyon təşkil edib.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL