“Siemens Enterprise Communications” adını dəyişir
“Siemens Enterprise Communications” şirkətin adının “Unify” ilə əvəzlənməsini bəyan edib. Şirkət nümayəndələrinin bildirdiyinə görə, yeni ad şirkətin biznes istifadəçiləri üçün unifikasiya edilmiş kommunikasiya sistemləri ilə daha fəal məşğul olmaq niyyətini özündə ifadə edir.
Şirkətin adının dəyişdirilməsi istehsalçıda dəyişikliklərin aparılması fonunda baş verir. Biznesdə “Bring-Your-Own-Device” modelinin getdikcə artmaqda olan populyarlığı əməkdaşlara istənilən yerdən işləməyə imkan verərək ofisdəki iş masasından asılılığı heçə endirir.
Bununla yanaşı, “bulud” saxlanclarının da populyarlığı artmaqdadır. Belə ki, rəyi soruşulan respondentlərin 22 faizi kommunikasiya sistemlərini artıq qismən və ya tamamilə “bulud” saxlanclarına köçürdüklərini, 19 faiz isə özəl hesablama “bulud” sistemlərindən istifadə etdiklərini bildirir.
“Unify” şirkəti “Ansible” layihəsini də həyata keçirməyə başladığını bəyan edib. Layihə çərçivəsində şirkət “bulud” əsasında kompüterləri uzaqdan idarəetmə imkanı ilə səs, video və mətn rabitəsini birləşdirməyi planlaşdırır. Məhsulun ilk sınaqlarının yanvarda keçiriləcəyi, kommersiya istifadəsinə isə iyulda veriləcəyi gözlənilir, - “Cybersecurity www.cybersecurity.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL