Smartfonlar üçün qoxu yaradan cihaz
Yaponiyanın "Senti" (Scentee) şirkəti smartfonlar üçün xüsusi başlığı satışa çıxaracaq. Bu barədə Rusiyanın "İTAR TASS" agentliyi məlumat yayıb. Bu kiçik cihazın sayəsində smartfondakı "qadjet" nəinki səsi və videoməlumatı ötürə biləcək, hətta qoxular yarada biləcək.
Şirkətdən verilən məlumata görə, cihaz noyabrın 15-dən Yaponiyanın mağazalarında satışda olacaq.
Kiçik cihaz yumru formada olub, telefona qulaqcıqlar üçün olan dəlikdən taxılır və 100 müxtəlif ətir saça bilir.
Telefon istifadəçisi bəyəndiyi qoxunu özü seçə biləcək. "Senti" cihazı "Facebook" şəbəkəsi ilə sinxronizasiya edə bilir, məsələn, əgər "Facebook" səhifəsində kimsə yazdığınız şərhi, yaxud qoyduğunuz şəkli "like" edirsə, telefonunuz bu haqda nəinki səslə sizi xəbərdar edəcək, hətta xoşagələn qoxu saçacaq.
Qeyri-adi cihazı ixtira edənlər, bu istiqamətdə işlərin davam etdiriləcəyini bildiriblər. Şirkət rəhbərliyi bu yeniliyin insanlar arasında ünsiyyət prosesinin yaxşılaşdırılması məqsədilə edildiyini qeyd edib. Yapon şirkəti "senti"-nin dünyada ilk belə cihaz olacağını qeyd edib.
Kamal Hacıyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL