waplog

“Lenovo” şirkəti “BlackBerry” ilə razılığa gəlməyə yaxındır


Çinin “Lenovo” şirkəti Kanadanın “BlackBerry” istehsalçısının bütün biznesinin satın alınmasına dair fəal danışıqlar aparır.

Belə ki, şirkətlər fəal danışıqlar apararaq sövdələşmənin şərtlərini razılaşdırmaq məqsədilə saziş imzalayıblar.
“Lenovo” və “BlackBerry” arasında sövdələşmə baş tutsa, bu, Çin şirkəti tərəfindən Qərb şirkətinin alınmasına dair ən böyük və əlamətdar sövdələşmələrdən biri olacaq və heç şübhəsiz, Kanada və ABŞ dövlət orqanlarının diqqətini çəkəcək.   

Qeyd edək ki, “BlackBerry” şirkəti nəhəng smartfon istehsalçısıdır. Son illər şirkətin dünya bazarında payı azalmağa doğru gedir və hazırda təxminən 3 faiz təşkil edir.   

“Lenovo” şirkəti Çinin nəhəng fərdi kompüter və smartfon istehsalçısıdır. 2005-ci ildə şirkət “IBM” korporasiyasının fərdi kompüterlər bölməsinin satın alınmasına dair sövdələşməni başa vurub. Hazırda Çin istehsalçısı fərdi kompüterlərin satışı üzrə birinci, smartfonların satışı üzrə beşinci yeri tutur, - “Digit www.digit.ru” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL