waplog

“Samsung” Amerikanın smartfon bazarında “Apple” şirkətinə qalib gəlib


"CIRP" analitik şirkətinin tədqiqatına istinadən "Fortune" nəşri bildirir ki, "Samsung" şirkəti bu ilin üçüncü rübündə Amerika bazarında satılmış smartfonların sayına görə "Apple" şirkətini ötüb. Araşdırmaya görə, bu ilin üçüncü rübündə ABŞ-da telefon satışlarının ümumi sayının 38%-i "Samsung"un smartfonlarının payına düşür. "Apple" şirkəti bazarda ikinci yerdə qərarlaşıb: "iPhone" smartfonunun satış həcmi 34% təşkil edib.
"ICTnews" elektron xəbər xidməti "digit.ru" saytına istinadən bildirir ki, Amerika bazarında üçüncü yerdə 8% bazar payına malik "HTC" və "LG" şirkətləri qərarlaşıb.

"CIRP" analitik agentliyinin həmtəsisçisi Coşa Lovitzanın sözlərinə görə, "Samsung" şirkətinin birinci yerdə olmasının əsas səbəbi istehlakçıların "iPhone 5S" və "5C" smartfonlarının çıxmasını gözləyərək "Apple" şirkətinin cihazlarını satın almağı təxirə salıblar.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL