waplog

Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində informasiya cəmiyyəti və audiovizual siyasət, elm və texnologiya məsələləri müzakirə edilib


Avropa İttifaqı (Aİ)- Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində Təhsil Nazirliyində görüş keçirilib. Görüşün keçirilməsində məqsəd məşğulluq və sosial məsələlər, ictimai səhiyyə, təlim, təhsil və gənclər, mədəniyyət, informasiya cəmiyyəti və audiovizual siyasət, elm və texnologiya məsələləri üzrə Alt-komitənin ikincisi iclasına hazırlıq idi.
 
AMEA Rəyasət Heyəti Mərkəzi Aparatı İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə AMEA Beynəlxalq Əlaqələr İdarəsinin Xarici ölkələrin akademik qurumları ilə əlaqələr şöbəsinin müdiri Bunyamin Seyidov də iştirak edib. Görüşdə müvafiq dövlət qurumlarının iştirakı ilə fikir mübadilələri aparılıb, Aİ ilə Azərbaycan arasında sözügedən sahələrdə mövcud əməkdaşlıq məsələləri və gələcəkdə nəzərdə tutulan prioritet istiqamətlər müzakirə edilib.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL