“Yahoo!” və “Google” şirkətləri “Apple” şirkətinə nisbətdə proqramçılara daha çox pul ödəyir
"Glassdoor" analitik şirkəti öz mühəndis-proqramçılarına daha yüksək əmək haqqı təklif edən texnologiya şirkətlərinin reytinqini tərtib edib. Sözügedən reytinqdə birinci yerdə təxminən 160 min maaşla böyük sifarişçilər üçün telekommunikasiya avadanlığı istehsalı ilə məşğul olan "Juniper" şirkəti qərarlaşıb.
"ICTnews" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, ikinci yerdə "LinkedIn" peşəkar sosial şəbəkəsi qərarlaşıb. Burda tərtibatçılara 136,4 min dollar orta illik maaş alır. "Yahoo!" (130 min dollar), "Google" (127 min dollar) və "Twitter" (124,8 min dollar) müvafiq olaraq üçüncü, dördüncü və beşinci pillədə yer alıblar. "Apple" korporasiyası altıncı (124,6 min dollar) olub.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL