2560×1440 nöqtə təsvir ölçüsünə malik smartfonun istehsala hazırlanır
"Vivo" ticarət markası ilə smartfonlar istehsal edən Çinin "BBK" şirkəti "Xplay3S" aparatının tizerini internetdə yerləşdirib. Onun əsas üstünlüyü bu cür qurğular üçün rekord təsvir ölçüsünə (2560x1440) malik ekran olacaq. Diaqonal barədə məlumat yoxdur.
"ICTnews" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, Təxminlərə əsasən, "Vivo Xplay3S" smartfonu 2,3 QHs takt tezlikli "Qualcomm Snapdragon 800" prosessoru ilə təchiz ediləcək və LTE şəbəkələrini dəstəkləyəcək. Yeni cihazın texniki xüsusiyyətləri haqqında başqa informasiya məlum deyil.
Xatırladaq ki, bu ekran cari ilin yazında "Qualcomm" şirkəti tərəfindən nümayiş olunub. O zaman istehsalçı 2560x1440 nöqtə təsvir ölçüsünə və 576 piksel sıxlığına malik 5.1 düymlük diaqonallı ekran nümayiş etdirmişdi. Təqdim edilən texnologiya aşağı enerji sərfiyyatına malikdir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL