waplog

Yeni USB-lər qoşulduğu qurğuları 100 Vatt enerji ilə təchiz edəcək


“USB 3.0 Promoter Group” təşkilatı USB-nin elektrik enerjisi ilə təchizatının yeni spesifikasiyasının hazırlanmasına başlayıb. Yenilik, interfeysin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirməyə icazə verəcək. Standart qoşulduğu qurğulara 100 Vatt enerji verilməsini özündə ehtiva edir ki, bu da indiki göstəricidən təxminən 20 dəfə çoxdur. Bunun sayəsində cihazların akkumulyator batareyalarının yenidən yüklənmə vaxtı əhəmiyyətli dərəcədə azalacaq. Hazırlanan standart “USB 2.0” və “USB 3.0” ilə uyğun olacaq. Kabel və konnektorları dəyişdirmək lazım olmayacaq. Yeni spesifikasiyanın final versiyasının 2012-ci ilin əvvəlində təqdim olunacağı gözlənilir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL