“IDC”: Avropada fərdi kompüter bazarında azalma müşahidə olunur
“IDC” analitik şirkəti tərəfindən elan edilmiş məlumatlara əsasən, bir il ərzində Avropa, Yaxın Şərq və Afrika ölkələrinin bazarında yeni fərdi kompüter və noutbukların tədarük həcmi 16% azalaraq 21,4 milyon olub. Yığcam FK-nin tədarük həcmi 13,3 milyon olub ki, bu da ötənilki göstəricilərlə müqayisədə 20,6% azdır, halbuki masaüstü FK-nin tədarük həcmi 8 milyon olub ki, bu da ötən illə müqayisədə 7% aşağıdır.
“IDC”-dən bildirilib ki, ötən rüb EMEA bazarında, həmçinin azalma qeydə alınıb, lakin o, kommersiya satınalınmaları seqmentinin dəstəyi hesabına bir o qədər güclü olmayıb. Bu halda “IDC”-dən qeyd edilib ki, iqtisadi risklər ümumilikdə FK və noutbuk bazarına nəzərəçarpacaq dərəcədə təsir etməyə davam edir. Yeni tədris ilinin başlanğıcı da bu il gözlənilən artıma səbəb olmayıb.
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, tədarük həcminə görə brendlər arasında birinci yerdə “Hewlett-Packard” şirkəti qərarlaşıb, ikinci yerdə Çinin “Lenovo” şirkəti yer alıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL