waplog

Bu ilin 9 ayı ərzində ölkədə 128 min ön ödənişli elektron su sayğacı quraşdırılıb



“Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli su və kanalizasiya xidmətlərindən istifadənin dəqiq uçotunun aparılması, ödəniş səviyyəsinin yüksəldilməsi, debitor borc probleminin aradan qaldırılması və su itkilərinin qarşısının alınması məqsədilə ön ödənişli (smart-kart tipli) elektron su sayğaclarının quraşdırılması istiqamətində tədbirləri  sürətləndirib.
 
Qurumdan verilən məlumata görə, cari ilin yanvar-sentyabr aylarında 128 min abunəçi smart-kart sayğaclarla təmin edilib. Bununla da 2012-ci ilin əvvəlindən - smart-kart sayğacların tətbiqinə  başlanılandan indiyədək quraşdırılmış sayğacların sayı 160 minə çatıb. Hazırda Bakı şəhəri və ətraf qəsəbələrdə eləcə də  bölgələrdə smart-kart sayğaclarının quraşdırılması intensiv şəkildə aparılır.
 
Qeyd edək ki, ilkin mərhələdə ön ödənişli sayğacların quraşdırılmasına Bakı və Sumqayıt şəhərində, həmçinin  Abşeron rayonunda başlanılıb. Hazırda regionlarda içməli su təchizatı  və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələri çərçivəsində şəhər mərkəzlərində abunəçilər də smart-kart sayğaclarla təmin olunur. Artıq Quba, Ucar, Zərdab, Lənkəran, Biləsuvar, İmişli, Hacıqabul, Tovuz, Ağstafa  və digər şəhərlərdə abunəçilər smart-kart sayğaclardan istifadə edirlər.
 
Su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edən  əhali qrupu istehlakçılarına ön ödənişli sayğacların quraşdırılması “Azərsu” ASC-nin müvafiq xidmət sahələri tərəfindən dövlət hesabına həyata keçirilir və bunlara görə istehlakçıdan heç bir ödəniş tələb olunmur. Qeyri-əhali qrupu abunəçiləri üçün sayğacların quraşdırılması isə “Azərsu” ASC-nin müvafiq xidmət sahələri tərəfindən istehlakçının vəsaiti hesabına həyata keçirilir.
 
Smart-kart sayğacları ilə yanaşı, “Azərsu” ASC tərəfindən magistral xətlər üzərində 28 ədəd elektromaqnit zond tipli ABB, rayon su-kanal  idarələrinin xidmət göstərdiyi ərazilərin hüdudlarında 62 ədəd elektromaqnit fləns tipli “KROHNE” su sayğacları quraşdırılaraq istismara verilib. 
 
Büdcə təşkilatlarına göstərilən xidmətin uçotunun aparılması üçün isə 350 ədəd mexaniki  su sayğacının quraşdırılması təmin edilib.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL