waplog

Afrika ölkələrində təhsil layihələrinin həyata keçirilməsinə elektrik enerjisi çatışmazlığı mane olur



Keniya, Zambiya, Malavi, Konqo və digər Afrika ölkələrində təhsil layihələrinin həyata keçirilməsinə elektrik enerjisi çatışmazlığı mane olur. Məhz bu məsələnin həlli üçün Zambiyada kənd rayonlarının elektrikləşdirilməsinə başlanılıb, Keniyada isə gələn il 130 məktəb günəş batareyaları ilə təchiz ediləcək.  

Keniya və Zambiya “Afrikanın inkişafı üçün yeni tərəfdaşlıq” (NEPAD) elektron təhsil layihəsində iştirak edir. 2008-ci ildə layihə çərçivəsində Afrika məktəblərinin internetə çıxışı olan kompüterlərlə təchiz edilməsinə dair plan qəbul edilsə də, elektrik və rabitə kanalları təchizatı problemləri ilə bağlı indiyədək tam həyata keçirilməyib. Rabitə ilə bağlı vəziyyət tədricən yaxşılaşsa da (regiona bir neçə dəniz kabelləri xidmət göstərir), elektrik enerjisi problemi mürəkkəb olaraq qalır. Belə ki, məktəblərin əksəriyyəti ümumiyyətlə elektrik şəbəkələrinə qoşulmayıb, habelə sənaye layihələrində, o cümlədən faydalı qazıntıların hasilatında enerjiyə tələbat var.   

“NEPAD”ın planına əsasən, 2015-ci ilədək Afrika məktəblərinin təxminən 600 mini ən azı 20 kompüter, server və şəbəkə avadanlığı, printer və skanerli kompüter sinifləri ilə təmin olunmalıdır, - “Computerworld” www.osp.ru yazır.   
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL