“İnternet hüququ və etikası” kitabı işıq üzü görüb
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Avropaya İnteqrasiya Mərkəzi İctimai Birliyinin (AİM) “Təhsildə İnternet hüququ və etikası təşəbbüsləri - Açıq Hökumətə dəstək” layihəsi çərçivəsində “İnternet hüququ və etikası” kitabı (dərs vəsaiti) nəşr olunub.
AİM-in mətbuat və informasiya xidmətinin yaydığı məlumata görə, kitabda kiberməkanda mövcud olan çoxşaxəli münasibətlərin hüquqi və etik problemləri, internetdə insan hüquqları, o cümlədən informasiyanın əldə olunması, ötürülməsi, şəxsi həyat və uşaq hüquqlarının qorunması, elektron xidmətlərin tənzimlənməsi üzrə beynəlxalq və milli hüququn norma və prinsipləri araşdırılıb, məhkəmə təcrübəsinə istinad edilməklə, onların düzgün implementasiyasına xüsusi yer ayrılıb. Dərs vəsaitində həmçinin, e-dövlət, açıq hökumət, elektron imza və elektron sənəd dövriyyəsi, e-ticarət hüququ, sosial şəbəkələrdə fəaliyyətin etik problemlərinə, habelə kibercinayətkarlığa qarşı beynəlxalq mübarizə məsələlərinə də diqqət yetirilib.
AMEA-nın doktorantı, Bakı Avrasiya Universitetinin müəllimi Səyyad Məcidlinin müəllifi olduğu və “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla çap olunmuş kitabın elmi redaktoru hüquq üzrə fəlsəfə doktoru R.K.Məmmədovdur.
AİM tərəfindən kitabın ali məktəblərdə və geniş ictimaiyyət arasında yayımı təşkil edilməklə, müvafiq qurumlara və kitabxanalara paylanması təmin olunur.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL