Telefon və digər rabitə xidmətlərinin tariflərinin aşağı salınması ilə bağlı təkliflər verilib
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) telefon və digər rabitə xidmətlərinin tariflərinə yenidən baxılması üçün tarif paketi hazırlanıb. Qiymətlərin aşağı salınması ilə bağlı hazırlanan təkliflər Tarif Şurasına təqdim edilib. Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında məlumat verib. Nazir qeyd edib ki, təkliflər şəbəkələrin səmərəliliyi, təhlükəsizliyinin artırılmasına, eyni zamanda yeni xidmətlərin göstərilməsinə təkan verəcək.
Qeyd edək ki, sözügedən tədbirlər “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üzrə Tədbirlər Planı”nda da əks olunub. Belə ki, Tədbirlər Planında “Rabitə və internet xidmətləri tariflərinin həmin xidmətlərin maya dəyərinə uyğunlaşdırılması üzrə tədbirlərin görülməsi”, “Telefon, poçt, radiorabitə və tezliklər üzrə tariflərin maya dəyərinə uyğunlaşdırılması məqsədilə təkliflərin hazırlanması və Tarif (qiymət) Şurasına müraciət edilməsi”, “Beynəlxalq istiqamətlərdə İP telefoniya tariflərinə yenidən baxılması məqsədilə Tarif (qiymət) Şurasına təkliflərin hazırlanması”, “İnternet xidmətləri qiymətlərinin formalaşmasında iştirak edən amillərin analizi və qiymətlərin aşağı salınması üçün təkliflərin hazırlanması” bəndləri yer alıb.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL