“Apple” yeni “iPad” və onun kiçildilmiş “Mini” versiyasını təqdim edəcək
Amerikanın “Apple” şirkəti bu gün keçirəcəyi xüsusi mətbuat konfransında yeni "iPad” və onun kiçildilmiş “iPad Mini” versiyasını təqdim edəcək. Tədbir San-Fransisko şəhərinin Yerba Buena mərkəzində keçiriləcək.
“ICTnews” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, Amerika korporasiyasının planşet kompüterlərinin yenilənmiş xəttini təqdim edəcəyi gözlənilir. Analitiklər hesab edirlər ki, beşinci nəsil “iPad” planşeti nümayiş etdiriləcək və o, sələfindən daha nazik və yüngül olmalıdır. Yeni cihazın 64 bitlik arxitekturalı “A7 X” prosessoru və təkmilləşdirilmiş kamera ilə təchiz ediləcəyi gözlənilir.
Bundan başqa, ekspertlər yeni “iPad” planşetində “Touch ID” barmaq izləri skanerinin olacağını istisna etmirlər.
İkinci nəsil yığcam "iPad Mini", həmçinin yeni prosessor və Retina displeylə təchiz ediləcək.
Yeni cihazlar qızılı və boz rənglərdə çıxarıla bilər.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL