“ULTRA” “ASAN xidmət”in data mərkəzlərində server otaqlarının soyudulması üçün xüsusi avadanlıq quraşdırıb
"ULTRA" şirkəti rəsmi olaraq təmsil etdiyi Almaniyanın "Rittal" korporasiyası ilə birgə Bakıda ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tabeliyində olan 1 nömrəli "ASAN xidmət"in data mərkəzlərində server otaqlarının soyudulması üçün xüsusi peşəkar tipli "Rittal LCP (Liquid Cooling Package)" avadanlığını quraşdırıb.
İT sistemlərin soyudulması sahəsində ixtisaslaşmış "Rittal" şirkəti , "LCP DX (Liquid Cooling Package Direct Expansion)" soyuducu maye sistemini və freonu istehsal edir.
Kompüter aparatlarının hazırlığını təmin edərkən mikroiqlim nəzarəti vacib rol oynayır. Serverin lazımi temperaturda işləməsinə nəzarət edilmədikdə onun xidmət müddətinin azalmasına və eləcə də sistemin işləməməsinə səbəb ola bilər. Geniş məlumat emalı mərkəzləri üçün mikroiqlimin nəzarəti sistemi vacib komponentlərdən biridir.
Xüsusi olaraq kiçik və orta müəssisələr üçün "Rittal" şirkəti 15 kvt həcmə qədər gücü, sürətli "LCP DX" soyuducu sistemini işləyib hazırlamışdır.
Məhz bu sistem "ULTRA" şirkətinin mütəxəssis heyəti tərəfindən "ASAN xidmət"in məlumat resurs mərkəzində quraşdırılıb. Xüsusi avadanlığın əsas üstünlüyü ondan ibarətdir ki, o, istiqamətlənmiş soyuducu havanı birbaşa server avadanlıqlarına yönəldir, server otağına yox. Bu, həm kifayət qədər enerjiyə qənaət olunmasına gətirib çıxarır, həm də daha peşəkar soyutma atmosferi yaradır.
2011-ci ildə 50 illik yubileyini qeyd edən "Rittal" korporasiyası İT bazarında şəbəkə və telekommunikasiya korpusları üzrə etalona çevrilib. "Rittal" 1961-ci ildən qısa müddətdə dünyanın bir çox tanınmış korporasiyaları ilə (HP,İBM, SUN və s.) tərəfdaşlıq qurmuşdur. Hazırda, "Rittal İnternational" -"Friedhelm Loh Group"un ən böyük konsern şirkətidir.
Qeyd edək ki, "ULTRA" şirkəti və "Rittal" korporasiyası tərəfdaşlıq proqramı əsasında Bakıda ilk dəfə olaraq İT menecerləri üçün server avadanlıqlarının korpus təchizatı ilə bağlı seminar keçirdi. Fevral ayının sonunda keçirilən bu seminar - dünya standartlarına uyğun yeni şəbəkə və server avadanlıqlarının, məlumat və resurs mərkəzlərinin (data center) korpus təchizatı və eləcə də təhlükəsiz, dözümlü, bütün tələblərə uyğun data mərkəzlərin qurulmasından bəhs edirdi.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL