“Yandex” mobil təhlil sistemini istifadəyə verir
“Yandex” mobil əlavələr tərtibatçıları üçün pulsuz analitik servis -“appmetrica.yandex.ru” istifadəyə verib.
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” xəbər xidmətinə verdiyi məlumata əsasən, bu servis mürəkkəb suallara cavab almağa imkan verir: misal üçün, Moskva və Sankt-Peterburqdan neçə istifadəçi “Samsung” smartfonlarının 1.01. əlavə versiyası vasitəsilə alış-veriş edib. Servis “iOS”, “Android” və “Windows Phone” əlavələri ilə işləyir.
Əlavə proqramlar üçün “Yandex.Metrika” tərtibatçılara auditoriyanı daha yaxşı öyrənməyə və məhsulları necə daha yaxşı inkişaf etdirmək olduğunu anlamağa kömək edəcək. Servis əlavələrin istifadəsi haqda məlumatları yığmağa imkan verir və müxtəlif filtrlər və onların birləşmələri haqda məlumatları çeşidlərə ayırmağa imkan verir. Məlumatlar hər dəqiqədən bir yenilənir, buna görə də statistikanı, demək olar ki, real vaxt rejimində izləmək mümkündür.
Əlavələr üçün “Yandex.Metrika” bütün dünya üzrə rus və ingilis dillərində tərtibatçılara təqdim edilir. Əlavələr üzrə metrikadan istifadə etmək üçün “appmetrica.yandex.ru”da qeydiyyatdan keçmək lazımdır ki, “api_key” açarını alasan və “Yandex.Metrika” əlavəsini proqramlarınıza daxil edəsiniz. Hesabatlar bu proseslər başa çatdıqdan bir dəqiqə sonra generasiya ediləcək.
Proqramın növbəti versiyasında analitik modullara marketinq alətləri də əlavə ediləcək. Onların köməyi ilə tərtibatçılar trafik mənbəyini, konversiyaları və s. görmək olacaq.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL