AMEA Rəyasət Heyətinin Mərkəzi Aparatının informasiyalaşdırılmasına dair Fəaliyyət Planı müzakirə edilib
AMEA Rəyasət Heyətində (RH) AMEA RH Mərkəzi Aparatının informasiyalaşdırılmasına dair Fəaliyyət Planının müzakirəsinə həsr olunmuş iclas keçirilib. AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyevin rəhbərliyi ilə keçirilən iclasda institutun bir sıra əməkdaşları, AMEA RH-nin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Gülarə Əmirova, AMEA RH Mərkəzi Aparatının Ümumi şöbəsinin rəisi Sevinc Həsənova iştirak ediblər.
AMEA-dan verilən məlumata görə, akademiyada həyata keçirilən yeni islahatlardan danışan R.Əliquliyev bildirib ki, RH Mərkəzi Aparatının informasiyalaşdırılmasına dair Fəaliyyət Planı çərçivəsində görülən işlərin yekunlaşdırılması üçün zəruri tədbirlər həyata keçirilməlidir.
İclasda İTİ-nin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov RH-nin struktur bölmələrinin fəaliyyətinin İT əsasında yenidən qurulması, elektron sənəd dövriyyəsi sisteminin işlənməsi, "www.science.gov.az" veb-portalının yenidən qurulması, AMEA-nın "Elm TV" İnternet televiziya kanalının yaradılması ilə bağlı işlərin icra vəziyyəti haqqında ətraflı məlumat verib.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL