waplog

Avropa Parlamenti fərdi məlumatların mühafizəsi haqqında qanun layihəsini dəstəkləyib


Oktyabrın 21-də Avropa Parlamentində keçirilən səsvermə zamanı deputatlar Avropa İttifaqının (Aİ) 28 ölkəsinin hökumətləri arasında gələcək danışıqların əsasını təşkil edəcək fərdi məlumatların mühafizəsi haqqında qanun layihəsinə dəstək nümayiş etdiriblər. Sənəd ABŞ korporasiyalarına fərdi məlumatların verilməsini məhdudlaşdırmaq məqsədi daşıyır və ABŞ və Böyük Britaniyanın xüsusi xidmət orqanları tərəfindən elektron məlumatların geniş şəkildə toplanması barədə informasiyanın açıqlanmasına cavab olaraq qəbul edilib. Hazırda qanun layihəsi Aİ ölkələrinin hökumətləri tərəfindən razılaşdırılma mərhələsindədir.    

Əvvəllər sənədin razılaşdırlması ABŞ-ın təzyiq göstərməsi səbəbindən təxminən 2 il təxirə salınıb. Yeni qaydalara əsasən, Avropada data xidmətləri təqdim edən, lakin orada nümayəndəliyə malik olmayan ABŞ şirkətləri informasiyanın ABŞ-a ötürülməsindən və saxlanılmasından əvvəl Aİ-nin müvafiq orqanlarından xüsusi icazə almalı olacaqlar.

Bu şərtin əməl olunmaması külli miqdarda cərimə ilə nəticələnəcək.  

Yeni qanunun növbəti yazadək razılaşdırılacağı və 2016-cı ilədək qüvvəyə minəcəyi gözlənilir. Qanun layihəsini həm siyasi xadimlər, həm internet şirkətləri, həm də KİV dəstəkləyir, - "IT Expert" www.itexpert.org.ua yazır.  
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL