“Radiasiya tədqiqatları və onların praktiki aspektləri” mövzusunda VIII elmi konfrans keçiriləcək
20-21 noyabr 2013-cü il tarixlərində saat 10:00-da AMEA Radiasiya Problemləri İnstitutunda akademik Mahmud Kərimovun 65 illik yubileyinə həsr olunmuş “Radiasiya tədqiqatları və onların praktiki aspektləri” mövzusunda VIII elmi konfrans keçiriləcək.
AMEA, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Radiasiya Problemləri İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə Azərbaycan alimləri ilə yanaşı, dünyanın bir sıra ölkələrinin tanınmış alimlərinin iştirakı gözlənilir.
AMEA-dan verilən məlumata görə, konfransda “Radiasiya tədqiqatları, onların praktiki aspektləri”, “Nüvə enerjisi, status və perspektivləri”, “Nüvə enerjisinin çevrilməsi prosesi və istifadə sahələri”, “Radiasiya materialşünaslığı (radiasiya kimyası, radiasiya fizikası, bərk cisimlərdə radiasiya effektləri)”, “Respublikada nüvə və radiasiya təhlükəsizliyinin mövcud problemləri”, “Radioekoloji durum, problemlər və onların həlli yolları” mövzusunda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL