waplog

2017-ci ilədək dünyada “LTE” şəbəkəsi abunəçilərinin sayı 9 dəfə artacaq



2017-ci ilədək dünyada “LTE” dördüncü nəsil rabitə standartı abunəçilərinin sayı 900 milyona çatacaq. Bu barədə proqnoz telekommunikasiya və İT bazarında ixtisaslaşan “J’son & Partners Consulting” şirkəti tərəfindən verilib.   

Tədqiqata əsasən, 2012-ci ildə operatorların “LTE” şəbəkəsi infrastrukturuna ümumi xərcləri 8,7 milyard dollar dəyərində qiymətləndirilib, 2013-cü ilin mayına abunəçilərin sayı 100 milyon nəfər təşkil edib. Proqnozlara görə, 2013-cü ildə xərclərin həcmi 24,3 milyard dollaradək, 2015-ci ildə 36,1 milyard dollaradək artacaq. 2013-cü il sentyabrın əvvəlinə olan vəziyyətə görə, dünyanın 81 ölkəsində 213 “LTE” kommersiya şəbəkəsi fəaliyyət göstərib. Proqnozlara əsasən, 2017-ci ilədək dünyanın 120 ölkəsində artıq 400 şəbəkə mövcud olacaq.

Analitiklərin fikrincə, operatorlar mobil OTT-servislərinin (multimedia kontentinin çatdırılması texnologiyası) populyarlığının artması, dövlətlərin tənzimləyici orqanları tərəfindən təzyiqlərin güclənməsi və iqtisadi vəziyyətin mümkün pisləşməsi ilə əlaqədar gəlirlərdə itkilərin qarşısını almaq məcburiyyəti ilə üzləşəcəklər.    
Ekspertlər hesab edirlər ki, yaxın perspektivdə operatorların başlıca vəzifəsi “LTE” (VoLTE, Voice over LTE) şəbəkələrində səsin ötürülməsi və operatorlararası alternativ kommunikasiya sisteminin yaradılması üçün səylərin birləşdirilməsi probleminin həlli olacaq. Bundan başqa, operatorlar beynəlxalq “LTE” rouminq problemini də həll etməli olacaqlar, - “İTAR-TASS www.itar-tass.com” yazır.    
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL